Qəbula Yazıl

    Adınız
    Soyadınız

    Gəliş tarixi
    Gəliş saatı

    Əlaqə nömrəsi
    E-poçt ünvanı

    Əlavə qeydiniz

    Dr. Rəşad Əkbərli

    • Əkbərli Rəşad Bəhram oğlu 4 mart 1987-ci ildə  Bakı şəhəri Əmircan qəsəbəsində ziyalı ailəsində anadan olmuşdur.

    • 1994-2001-ci  illərdə Suraxanı rayonu  87 N-li orta məktəbdə,  2001-ci ildən isə Kimya-biologiya təmayüllü respublika liseyində orta təhsil almışdır.

    • 2005-ci ildə liseyi əla qiymətlərlə bitirib, həmin ildə 625 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur. Təhsil illərində qabaqcıl və aktiv tələbə olmuş, qrup rəhbəri, Tələbə həmkarlar təşkilatının fakültə sədri kimi ictimai vəzifələrdə çalışmışdır.

    • 2009-2011-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının intensiv terapiya şöbəsində tibb qardaşı-feldşer vəzifəsində çalışmışdır.

    • 2011-ci ildə universiteti əla və yaxşı qiymətlərlə bitirərək, Akad.M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Ümumi Cərrahiyyə ixtisası üzrə rezidenturaya qəbul olmuşdur. Elə həmin ildən praktik cərrahiyyə fəaliyyətinə başlamış, çoxsaylı bəsit və mürəkkəb cərrahi əməliyyatların iştirakçısı olmuşdur.

    • Paralel olaraq 2012-ci ildən müxtəlif özəl klinikalarda sərbəst cərrah kimi fəaliyyətə başlamış, 2014-cü ildən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb İdarəsində cərrahi fəaliyyətlə məşğul olmuşdur.  

    • 2014-2015-ci illərdə Türkiyə Cumhuriyyətinin Ankara şəhərində “Dışkapı Yıldırım Beyazit Eğitim ve Araştırma Hastanesi ” və “Türkiye Yüksek İhtisas Eğitim ve Araştırma Hastanesi”ndə ixtisasartırma kursunu keçmişdir.  

    • 2016-cı ildə rezidenturanı bitirmiş və 2020-ci ilə qədər Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalında ümumi cərrah-mütəxəssis vəzifəsində çalışmışdır.

    • 2021-ci ildən Elmed Tibb Mərkəzində fəaliyyətə başlamış və sonradan isə hal-hazıra qədər Stimul Hospitalda həkim-cərrah olaraq işimi davam etdirir.

       

    • Əkbərli Rəşad qoyduğu düzgün diaqnoz, icra etdiyi mürəkkəb və dünya standartlarının tələblərinə cavab verən əməliyyatlarla nəinki yaşadığı Əmircan, həmçinin respublikanın əksər bölgələrindən olan yüzlərlə xəstələrə şəfa verir.

       

    • Gənc olmağına baxmayaraq, elmi və praktiki sahədə təcrübəli, savadlı mütəxəssis kimi yetişmişdir. O öz üzərində daima çalışır və humanist həkim peşəsinin öhdəsindən layiqincə gəlir. İnsanların sağlamlığınin keşiyində durmaq onun əsas meyarıdır.